Misli Premyer Liqasının VIII turunun mərkəzi oyununda "Qarabağ" öz meydanında "Neftçi" ilə qarşılaşıb.
Sportinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda 13 500 tamaşaçının izlədiyi görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb.
Meydan sahiblərinin heyətində Aleksey Kaşuk (18), Renaldo Sefas (88) və Kadi Borqes (90+4) fərqləniblər.
Qonaqlardan isə Qustavo Klisman dubl edib (11, 33), digər qolu isə Draqolyub Saviç (52) vurub.
Hər iki kollektivin 17 xalı var. "Neftçi" ikinci, ehtiyatda daha bir matçı olan "Qarabağ" üçüncü sıradadır.
“Qarabağ” – “Neftçi” 3:3
