"Biz ona bacardığımız qədər kömək etməyə çalışırıq"

22:00 İngiltərə 101
"Biz ona bacardığımız qədər kömək etməyə çalışırıq"

“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandanın hücumçusu Viktor Qyokereşin az oyun vaxtı almasına münasibət bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis bu vəziyyətin futbolçunun karyerasında müəyyən mərhələ olduğunu deyib:

“Düşünürəm ki, bu, futbolçunun karyerasında və ya mövsüm ərzində keçdiyi müəyyən mərhələdir. Biz ona bacardığımız qədər kömək etməyə çalışırıq”.

28 yaşlı hücumçu bu mövsüm bütün turnirlərdə 7 oyunda meydana çıxıb. Onun “Arsenal”la müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.

“Transfermarkt” portalı isveçli futbolçunun bazar dəyərini 55 milyon avro qiymətləndirir.

“Arsenal” sabah İngiltərə Premyer Liqasının 7-ci turunda səfərdə “Nottingem Forest”lə qarşılaşacaq.

Komanda Çempionlar Liqasının əsas mərhələsinin son turunda, yanvarın 27-də Azərbaycan çempionu “Sabah”ı qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti