“Real”ın verdiyi apellyasiya şikayətini rədd etmək qərarına gəldilər - Saçdan yapışdığı üçün

18 Oktyabr 00:10 İspaniya 200
“Real”ın verdiyi apellyasiya şikayətini rədd etmək qərarına gəldilər - Saçdan yapışdığı üçün

"Real"ın ulduzu Vinisius Junior diskvalifikasiya səbəbindən İspaniya La Liqasının növbəti matçlarında komandasına kömək edə bilməyəcək.

Sportinfo.az xəbər verir ki, İspaniya Futbol Federasiyasının Apellyasiya Komitəsi "Vilyarreal"a qarşı oyunda (1:0) qırmızı vərəqə alan braziliyalı vingerin 4 oyunluq cəzası ilə bağlı "kral klubu"nun verdiyi apellyasiya şikayətini rədd etmək qərarına gəlib.

​Xatırladaq ki, qarşılaşmanın epizodlarının birində Vinisius rəqib oyunçu Natan Salibanın saçından tutub.

"Real" İntizam Məcəlləsinin maddələrinə, xüsusən də baş hakimə etirazla bağlı dəyişikliklər hesabına cəza müddətini bir neçə oyun azaltmaq istəyirdi. ​

Beləliklə, Junior La Liqanın "Sevilya", "Barselona", "Rasinq" və "Valensiya"ya qarşı matçlarını buraxacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM