La Liqa nəhənglərindən 90 milyon avro tələb edir - Premyer Liqanın iştirakçısı

18 Oktyabr 00:20 İngiltərə 230
La Liqa nəhənglərindən 90 milyon avro tələb edir - Premyer Liqanın iştirakçısı

"Tottenhem"in müdafiəçisi Pedro Porro karyerasını ölkəsində davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, "Barselona" və "Real" ispaniyalı futbolçunu transfer etmək istəyir.

Bu barədə "TEAMtalk" proqramında məlumat verilib.

Premyer Liqa klubu 2031-ci ilin 30 iyun tarixinə kimi müqaviləsi olan Porronu yalnız bir halda sata bilər. Belə ki, onlar 27 yaşlı sağ cinah müdafiəçisi üçün 90 milyon avro tələb edirlər. Bu məbləğdən aşağı təkliflər dəyərləndirilməyəcək.

"Tottenhem" Pedro Porronu 2023-cü ilin yayında "Sportinq"dən 40 milyon avroya transfer edib. İspaniya millisinin üzvü cari mövsümdə London təmsilçisinin heyətində 4 rəsmi matçda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM