«Klub rəhbərliyi bizə hər cür şərait yaradıb».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Gəncəbasar»ın baş məşqçisi Elhad Nəziri deyib.
I Liqada çempionluq uğrunda mübarizə aparan əyalət təmsilçisinin çalışdırıcısı onlara göstərilən münasibətdən danışıb:
«Rəhbərliyimiz bu peşəkarlığı göstərməsəydi, bəlkə də bu nəticələr olmazdı.
İlk gündən danışığımızda demişdim ki, futbol baxımından istədiklərimi həyata keçirmək üçün mənə şərait yaradılsa, mən də onların istədiklərini əlimdən gələn maksimumla etməyə çalışacam.
Sağ olsunlar, rəhbərlik həm maddi, həm də şərait baxımından bizim üçün böyük dəstək göstərib. Biz də bunun qarşılığını vermək istəyirik.
Birinci Liqada gərgin rəqabət var. Bütün oyunlar çətin keçir. Əlimizdən gələn qədər işləyirik ki, yaxşı nəticə göstərək".
