"Neftçi"də toplantı keçirildi, baş məşqçi futbolçulara tapşırdı ki…

14:00 Neftçi 452
"Neftçi"də toplantı keçirildi, baş məşqçi futbolçulara tapşırdı ki…

"Neftçi"nin baş məşqçisi Yuri Vernidub komandadaxili toplantı keçirib.

Yığıncaq "Dinamo" ilə matçın nəticəsinə həsr olunub.

Ukraynalı mütəxəssis Konfrans Liqasının ikinci iəsnifat mərhələsinin ilk oyununda qeydə alınan 2:4 hesablı məğlubiyyətin ona çox pis təsir göstərdiyini deyib.

60 yaşlı çalışdırıcı bildirib ki, özünə gəlməsi üçün ona 2 gün vaxt lazım olub. O, artıq sakitləşdiyini, matçı soyuq başla analiz elədiyini deyib, fərdi səhvlərin çoxluğuna diqqət çəkib.

İddia edib ki, müdafiə və yarımmüdafiə xəttində yer alan bir neçə futbolçu onu mənfi mənada təəccübləndirib. Çünki onlardan belə ziəf oyun gözləmirmiş.

Vernidub qarşıdan cavab görüşünün gəldiyini xatırladıb. Bakıdakı yenilginin əvəzini çıxmaq gücündə olduqlarını vurğulayıb:

«İndi biz özümüzü ələ almalı və sakitcə hazırlaşmalıyıq. İlk oyunda olanları unutmalı, Konfrans Liqasında mərhələ adlaya biləcəyimizə inanmalıyıq.

Burada mümkün qədər irəli getməliyik. Məqsədimizə çatmaq üçün hərəmiz öz üzərinə düşən işi görməlidir.

Mən sizdən yalnız bunu gözləyir və istəyirəm. Özünüzə inanın, onda hər şey yaxşı olacaq»,

"Palms Sports Arena"da keçirilən qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 4:2.

İkinci dəqiqədə Azərbaycan təmsilçisinin kapitanı Emin Mahmudov hesabı açıb. 8-ci dəqiqədə qonaqlardan Aleksandr Selyava avtoqol müəllifi olub.

Minsk komandasında qolları 36 və 57-ci dəqiqələrdə Karen Vardanyan, 47-ci dəqiqədə Yevgeni Malaşeviç, 77-ci dəqiqədə Gulzigit Alykulov vurublar.

Cavab oyunu iyulun 30-da keçiriləcək. Bolqarıstanın Stara-Zaqora şəhərindəki “Beroe” stadionunda.

Mücadilə Şimali İrlandiyadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Tim Marşalla yan xətdə Georgios Arqiropulos və Rayan Kelsi kömək edəcəklər. Dördüncü hakim Şeyn MakQoniql olacaq.

Cütün qalibi növbəti raundda "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) duelinin güclüsü ilə görüşəcək. Portuqaliya təmsilçisi səfərdəki ilk matçda serblərə 1:0 hesabıyla qalib gəlib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti