"Sportinfo"nun “Neftçi”nin baş məşqçisi haqda QALMAQALLI XƏBƏRi Rumıniya mediasında - EKSKLÜZİV VİDEO

25 Sentyabr 2022 14:00 Neftçi 870
"Sportinfo"nun “Neftçi”nin baş məşqçisi haqda QALMAQALLI XƏBƏRi Rumıniya mediasında - EKSKLÜZİV VİDEO

Bugünlərdə Rumıniyaya yollanan “Neftçi”nin baş məşqçisi Laurentsiu Reghekampfın başına iş gəlib.

O, məhkəmə çəkişməsində olduğu həyat yoldaşı Ana Maria Prodanla aralarında yaranan problemə görə polisə düşüb.

Prodanın evinə gedərək, xanımı döyüb, söyüb, onu və oğlunu ölümlə hədələyib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, “Neftçi”nin baş məşqçisinə məişət zorakılığı ilə bağlı cinayət işi açılıb.

Qalmaqal saat 19:00 radələrində vaxtilə cütlüyün birlikdə yaşadığı Snaqovdakı mənzildə baş verib. Fiziki təzyiqə məruz qalmış Anamariya Prodan yerli mətbuata açıqlamasında hadisə ilə bağlı danışıb:

“O, uşağını görmək hüququndan istifadə etmək adı ilə gələrək heç kimin icazəsi olmadan evə daxil oldu və oğlumu təhqir etməyə başladı. Oğlumu söydü, sonra da bizi ölümlə hədələdi.

Sonra mənə keçdi. Məni boynumdan tutaraq sürüdü, vurdu, yanımdakı sürücü dostuma yumruq atdı, maşının üstünə tullanaraq söyməkdə davam etdi.

Bəsdir artıq! Baxın, telefonum nə vəziyyətdədir, sındırıb yararsız hala salıb”.

Hadisə yerindən çağırış alan polis çox keçmədən Regekampf və olay zamanı zərərçəkmiş sürücünü yaxınlıqdakı idarəyə aparıb. “Neftçi”nin baş məşqçisi olayla bağlı açıqlama verməkdən boyun qaçırıb.00:03

5 saat polis bölməsində qalan Laurentsiu cərimə olunduqdan sonra sərbəst buraxılıb. Prodan isə yenidən Reghekampfdan uşaqlarını döydüyü iddiası ilə şikayət verib.

Regekampfla Anamariya Prodan uzun illər evli olub. Birgə nigahdan 14 yaşlı oğlan övladlarının olmasına baxmayaraq, cütlük hələ də rəsmi boşanmayıb.

Rumın məşqçi isə hazırda Koriana Kasius adlı qadınla münasibətdədir və bir övladı var.

Sportinfo.az-ın bu olayı işıqlandırması rumıniyalı həmkarlarımızın da diqqətini çəkib. Onlardan www.realitateasportiva.net saytımıza istinad edərək, hadisənin Azərbaycan mediasında da böyük rezonans doğurduğunu yazıb

(https://www.realitateasportiva.net/scandalul-anamaria-prodan-laurentiu-reghecampf-a-explodat-in-presa-internationala-si-a-batut-sotia-si-a-amenintat-o-cu-moartea?fbclid=IwAR2tCz7tS300_EgWl_KyZ6UNu-rQA9dDRugSYzZhgSvO6bEZk12tU-pKtNY).

Qalmaqallı videonu bu linkə daxil olaraq izləyə bilərsiz:

.

Digər Xəbərlər
Xəbər Lenti