"Neftçi"nin təklifini qəbul etmək çətin olmadı"

7 İyul 2022 11:20 Neftçi 1 050
"Neftçi"nin təklifini qəbul etmək çətin olmadı"

"Neftçi"nin təklifini qəbul etmək çətin olmadı, çünki təklif aldıqdan sonra klubla maraqlandım.

Ölkə xaricində oynamaq istəyirdim. Ona görə də bu qərarı asanlıqla verdim".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin yeni transferi Ataa Caber "ağ-qaralar"a keçidi barədə klubun rəsmi televiziyasına müsahibəsində deyib.

Ataa Caber "Neftçi" ilə 2 illik müqavilə bağlayıb. İsrailli yarımmüdafiəçi məşqçi və oyunçu heyətinin onu çox yaxşı qarşıladığını bildirib:

"Komandadakı ab-havanə bəyənirəm. Buradakıların hamısı peşəkardır. Bunlar mənə futbolçularla dil tapmaqda və kollektivə uyğunlaşmaqda daha çox kömək olur".

Caber "Neftçi" azarkeşlərindən də söz açıb:

"Onlar haqqında çox məlumatım var. Komandaya faydalı futbolçu olmaq və qazanıla biləcək bütün titulları əldə etmək üçün sonadək vuruşacağam. Bunu sizə əminliklə deyirəm".

Digər Xəbərlər
Xəbər Lenti