Vernidub “Neftçi”nin futbolçularını bu xəbərlə sevindirdi - Liderlik hədiyyəsi aldılar!

18:35 Neftçi 60
Vernidub “Neftçi”nin futbolçularını bu xəbərlə sevindirdi - Liderlik hədiyyəsi aldılar!

“Neftçi”nin ilk dövrənin sonuncu matçında “Kəpəz”i məğlub edərək (1:0) milli fasiləsinə lider kimi yollanması baş məşqçi Yuri Vernidubun əhvalını yüksəldib.

Odur ki, ukraynalı mütəxəssis futbolçularını sevindirmək qərarına gəlib.

Vernidub fasilə dönəmində komandasına dincəlmək üçün dörd günlük istirahət imkanı yaradıb.

“Ağ-qaralar” noyabrın 11-dən etibarən məşqləri “Palms Sports Arena” təlim-məşq bazasında bərpa edəcək.

Hazırlıq prosesində paytaxt təmsilçisi yeddi futbolçusunun xidmətindən yararlana bilməyəcək.

Bunlar Azərbaycan millisinə dəvət alan Emil Balayev, Emin Mahmudov, Elvin Bədəlov və Rüfət Abbasov, eləcə də Surinam yığmasının düşərgəsində olacaq Denzel Jubitana, Qvadelupa millisinə çağırılan Endryu Qravilyon və Benin seçməsinin kapitanı Sessi Dalmeydadır.

Bu qədər itkinin fonunda ukraynalı baş məşqçi, Premyer Liqa təmsilçiləri ilə yoxlama görüşü keçirməyi vacib saymayıb. Bu səbəbdən “Neftçi” ya ikitərəfli oyun keçirəcək, ya da əvəzedici komanda ilə sınaq matçında üz-üzə gələcək.

Paytaxt təmsilçisi Premyer Liqanın 12-ci turunda Şamaxıda “Araz-Naxçıvan”ın qonağı olacaq. Qarşılaşma noyabrın 22-də keçiriləcək və saat 14:30-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 17:40 Biri belə, biri elə