“Neftçi”də mənə olan təzyiqin heç 5 faizi Samirə qarşı olmayıb”

12 May 2022 23:20 Neftçi 2 172
“Neftçi”də mənə olan təzyiqin heç 5 faizi Samirə qarşı olmayıb”

“Yadınıza gəlirsə, “Neftçi”də işlədiyim müddətdə udduğumuz əksər oyunlarda tribunalardan “Ceyhun, istefa” sədaları gəlirdi.

Bəzən hələ oyun başlamamış məni istefaya çağırırdılar”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin sabiq idman direktoru Ceyhun Sultanov deyib.

“Ağ-qaralar”ın baş məşqçisi Samir Abasovla “Forza Neftçi” arasında yaranmış qalmaqala münasibət bildirən keçmiş funksioner fanatların həmişə haqlı olduğunu söyləyib.

Sitat: “Əgər futbolda işləyirsənsə, azarkeş nə deyirsə, onu qəbul etməlisən. Sən ona cavab qaytarırsansa, bu, etik olaraq düzgün deyil.

Hər cür azarkeş var və onlar hər sözü deyə bilər. Bu, normal haldır.

Bir nəfər hamını istəyə bilməz, hamı da bir nəfəri istəyə bilməz. azarkeş tribunadan nə deyirsə, nə qışqırırsa, sadəcə olaraq, qəbul etmək lazımdır.

Sən normal şəkildə işinə davam etməlisən. Necə ki, mən “Neftçi”də işləyəndə, bunu normal qarşılayırdım.

Hər dəfə onlar o sözü dedikcə, məndə içəridən elə hisslər gəlib keçirdi ki… Daha da yaxşı işləmək, irəli baxmaq, hansısa fəaliyyətimlə onları sevindirmək kimi.

Fikirləşirdim ki, mən belə eləsəm, azarkeş bir də məni istefaya səsləməyəcək. İndi komanda uğursuz çıxış edir və azarkeş buna təpgi göstərir.

Gərək heç nəyə fikir verməyəsən. Qələbə qazanarsansa, istər-istəməz sənə dəstək olacaqlar, qazanmayanda da “istefa” qışqıracaqlar.

Hər azarkeşə cavab vermək olmaz, yoxsa işini davam etdirə bilməzsən. Samir Abasov başa düşməlidir ki, azarkeşlər hətta dahi məşqçiləri də istefaya çağırıb.

Bəlkə də hirsli olub. Amma yenə də mən ona dediyi sözlərə görə haqq vermirəm. Çünki həmin azarkeşlər bugünə kimi Samiri dəstəkləyirdi.

Məncə, o, səbrli davranmalı idi. Samir bu il kuboku götürsəydi, belə halla rastlaşmayacaqdı. “Neftçi”də mənə olan təzyiqin heç 5 faizi Samirə qarşı olmayıb.

Məni udduğum oyunlarda istefaya səsləyirdilər, onu isə uduzduğu oyunlarda. Samir kuboku qazansaydı və onu istefaya səsləsəydilər, mən buna da təəccüblənməzdim.

Amma sən azarkeşin hər sözüylə hərəkət eləsən, öz işini normal qura biləməyəcəksən”.

Digər Xəbərlər
Xəbər Lenti