Vernidub “Neftçi”nin futbolçularını bu xəbərlə sevindirdi

19:40 Neftçi 119
Vernidub “Neftçi”nin futbolçularını bu xəbərlə sevindirdi

“Neftçi”də üzlər gülür.

Buna səbəb baş məşqçi Yuri Vernidubun komanda üzvlərinə əməlli-başlı istirahət verməsidir.

Sentyabrın 18-də “Qəbələ” ilə qarşılaşan “ağ-qaralar” bu oyundan sonra dincəlməyə yollanıb.

Nə az, nə çox, düz 5 gün. Ukraynalı çalışdırıcının qərarına əsasən kollektiv sentyabrın 24-də “Neftçi”nin təlim-məşq bazasında bir araya gələcək.

Milli komandalara cəlb olunan futbolçulara görə paytaxt təmsilçisi hazırlıq dönəmində tam tərkibdə məşq edə bilməyəcək.

Buna baxmayaraq, yoxlama matçının keçirilməsi nəzərdə tutulub. “Neftçi” oktyabrın 2-də “Araz-Naxçıvan”la üz-üzə gələcək.

“Ağ-qaralar” Premyer Liqanın 7-ci turunda “Sabah”la qarşılaşacaq. Oktyabrın 9-da “Palms Sports Arena”da baş tutacaq oyunun start fiti saat 19:30-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti