"Neftçi"də forma geyinmiş ulduz 40 yaşında Sinqapurda debüt etdi

20 Sentyabr 03:20 Neftçi 1 202
"Neftçi"də forma geyinmiş ulduz 40 yaşında Sinqapurda debüt etdi

"Neftçi"nin keçmiş ulduzu Keysuke Honda 40 yaşında Sinqapur çempionatında debüt edib.

Sportinfo.az xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi "Albireks Niiqata"nın (Jurong) heyətində "Houqan Yunayted"lə oyunun 82-ci dəqiqəsində meydana çıxıb.

Hondanın komandası II turun matçında üç cavabsız qolla qalib gəlib.

Yaponiya millisinin sabiq üzvü 2021-ci ildə "Neftçi" ilə Azərbaycan çempionu olub. O, beş qitədə - Avropa, Asiya, Şimali Amerika, Avstraliya və Cənubi Amerikada qol vuran ilk futbolçudur.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə