“Neftçi”: Panamalı gəldi, braziliyalı yoldadır, iki nəfər də yol üstədir

15 Yanvar 2022 18:00 Neftçi 2 012
“Neftçi”: Panamalı gəldi, braziliyalı yoldadır, iki nəfər də yol üstədir

Yanvarın 10-dan Antalyada olan “Neftçi” artıq bir yoldaşlıq görüşündə qüvvəsini sınamağa imkan tapıb.

Təmsilçimiz dünən Macarıstan “Kişvarda”sı ilə 2:2-lik bərabərliyə razılaşıb.

Lakin Samir Abasov hələ də narahatdır, gözləri yoldadır.

Baş məşqçi toplanışın ilk günündən 5 vacib futbolçunun xidmətindən yararlana bilmir.

Əməliyyat olunan Aqil Məmmədovun, Afrika Millətlər Liqasında iştirak edən Mamadu Kanenin, koronavirus səbəbindən Cənubi Amerikadan qayıda bilməyən Sezar Meza Kolli, Tyaqo Bezerra və Xorxe Korreanın.

Aqil ən yaxşı halda bu ayın sonunda kollektivə qoşula biləcəkdə, Kanenin Antalya toplanışında iştirakı gözlənilmir.

Digər 3 futbolçunun durumuna aydınlıq gətirmək üçün klubun Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq.

“Ağ-qaralar”ın sözçüsü Bezerranın test verdiyini, nəticənin neqativ çıxdığını və bu gün axşam saatlarına qədər Antalyada olacağını bildirdi.

Xorxe ilə Sezar isə bu gün test verməlidir. Onların da cavabı neqativ çıxacağı halda, birisigünə kimi Samir Abasovun sərəncamında olacaqlar.

Maraq üçün bildirək ki, “Neftçi” panamalı hücumçu – Ansoni Alexandro Friası baxışdan keçirmək üçün Antalyaya dəvət edib. 20 yaşlı futbolçu artıq düşərgədədir, məşqlərdə iştirak edir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti