Dünya futbolunun ulduzu “Neftçi”dən kimi təbrik etdi? - FOTO

3 Dekabr 2021 18:00 Neftçi 2 183
Dünya futbolunun ulduzu “Neftçi”dən kimi təbrik etdi? - FOTO

Sentyabrda “Olimpiakos”la müqavilə bağlayan Mamadu Kane hələ ki, icarə əsasında “Neftçi”nin şərəfini qoruyur.

Klublar arasındakı anlaşmaya görə, yunanlar istədikləri vaxt sahib olduqları yarımmüdafiəçini Pireyə geri çağıra bilər.

Bu, öz yerində.

İşin maraqlı tərəfi dünya ulduzlarından biri olan Maykl Essyenin bu münasibətlə Kaneni təbrik etməsidir.

“Neftçi”nin futbolçusu şosial şəbəkə hesabında “Olimpiakos” formasında çəkdirdiyi bir neçə şəkil paylaşaraq, altına bu sözləri yazıb:

“Yeni komandama qoşulacağım gün üçün səbirsizlənirəm”.

Mamadunu bu münasibətlə xeyli sayda dostu və komanda yoldaşı təbrik edib ki, onlardan biri vaxtilə ölkəmizdə “Səbail”in formasını geyinmiş Essyen olub.

“Çelsi”, “Real”, “Milan” kimi top-klubların sabiq yarımmüdafiəçisi şərh bölümündə “Təbriklər” yazaraq, Azərbaycanda oynadığı vaxtdan tanıdığı Kaneyə gözaydınlığı verib.

Essyen 2019-cu ilin əvvəlindən 2020-ci ilin martına qədər “Səbail”in sıralarında olub. Kane isə 2019-ci ildən “Neftçi”nin formasını geyinir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti