"Bəyəm, mən “Neftçi”də idman direktoru işləyə bilmərəm? - Pul söhbəti etməmişəm"

25 Noyabr 2021 17:00 Neftçi 1 154
"Bəyəm, mən “Neftçi”də idman direktoru işləyə bilmərəm? - Pul söhbəti etməmişəm"

“Vaxt var idi, Kamran Quliyev bizimlə ikiəlli görüşürdü, indi isə...”.

Bu sözləri “Sportinfo TV”yə açıqlamasında millinin və “Neftçi”nin keçmiş müdafiəçisi Mahir Şükürov deyib.

Tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan “Futbol söhbəti”ndə sualları cavablandıran müsahib “Neftçi”nin prezidenti Kamran Quliyevin fəaliyyətini tənqid edib.

O, kluba heç bir aidiyyatı və bağlılığı olmayan şəxslərin burada çalışdığını bildirib:

“Mən onda “Neftçi”də çıxış edirdim, Kamran isə “Sumqayıt”ın prezidenti idi. Hər dəfə məni görəndə, “rodnoy moy” deyırdi, qucaqlayıb öpürdü, deyirdi ki, komandamızın qapıları hər zaman üzünə açıqdır.

Mən yenə həmin adamam, amma o... Nə tez yadlaşdım?

Kamran Quliyev futbola gələnədək haralarda işləyib, qoy yadına salsın. Yoxsa istəyir ki, mən deyim hər şeyi?

Ona yanıb-tökülürəm ki, vaxtilə “Neftçi” ilə tarix yazan, ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmış heyətdən orada kimsə qalmayıb. Hamısını uzaqlaşdırıblar.

Bəyəm, mən “Neftçi”də idman direktoru i.şləyə bilmərəm? “Neftçi” mənim doğma klubumdur. “Neftçi” yeganə klubdur ki, onlarla heç vaxt pul söhbəti etməmişəm.

Azarkeş də məni istəyır. Indi desələr ki, Mahiri “Neftçi”yə qaytarmaq istəyirik, hamısı dəstəkləyəcək”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!