"Bəyəndik-bəyənmədik, "Neftçi"nin geriyə yolu yoxdur"

20 İyul 2021 10:40 Neftçi 1 360
"Bəyəndik-bəyənmədik, "Neftçi"nin geriyə yolu yoxdur"

"Biz elə azarkeş qrupuyuq ki, komanda uduzanda daha çılğın azarkeşlik edirik".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Olimpiakos"la oyunöncəsi "Forza Neftçi" azarkeş qrupunun rəhbəri Sübhan Əliyev deyib.

O, güclü rəqibin düşməsinə üzülməsini də gizlətməyib: "Düzdü, könül istərdi daha münasib rəqib düşsün. "Olimpiakos" potensial rəqiblərdən ən çətinidir. Bundan sonra bəyəndik-bəyənmədik bizim və komandanın geriyə yolu yoxdur".

Sübhan istənilən nəticədən asılı olmayaraq baş məşqçi Samir Abasovun yanında olacaqlarını bildirib: "İnşallah, Samir müəllim başda olmaqla komandanın yanında olacağıq. "Olimpiakos"la oyunda nəticədən asılı olmayaraq Samir müəllimin yanındayıq. Səfərdən sərfəli nəticə ilə dönərlər və qalan işi də evdə bizim dəstəyimizlə aşırdarıq".

Digər Xəbərlər
Xəbər Lenti