"Neftçi" məğlub oldu - Yenilənib

24 İyun 2021 22:10 Neftçi 1 373
"Neftçi" məğlub oldu - Yenilənib

Azərbaycan çempionu “Neftçi” Sloveniyada təlim-məşq toplanışını davam etdirir.

Sportinfo.az xəbər verir ki, “ağ-qaralar” hazırlıq çərçivəsində bu gün ikinci yoxlama görüşünü keçirib. Samir Abasov yerli klub “Domjale” ilə görüşdə yetirmələrini sınayıb. Matçda hesabı təmsilçimiz açıb. Namiq Ələsgərov 24-cü dəqiqədə "Neftçi"ni önə keçirib. Lakin qısa müddət ərzində sloveniyalılar nəinki hesabı bərabərləşdirib, hətta önə də keçib. İkinci hissədə bu üstünlüyünü qoruyan "Domjale" görüşdən qalibiyyətlə ayrılıb.

Qeyd edək ki, ilk yoxlama görüşündə Lyublyana “Olimpiya”sı ilə 1:1 hesablı heç-heçə edən “Neftçi” iyunun 29-da Moskva “Spartak”ı (Rusiya) ilə qarşılaşacaq.

Yoxlama görüşü

24 iyun

20:00. “Domjale” (Sloveniya”) – “Neftçi” - 2:1

Qollar: Jiqa Repas, 33, 36 - Namiq Ələsgərov, 24

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi
21 Aprel 22:55 Bəhanəyə yer qoymadı