İlk dəfə “Sportinfo”nun adını açıqladığı legioner “Neftçi”də - VİDEO

20 İyun 12:40 Neftçi 638
İlk dəfə “Sportinfo”nun adını açıqladığı legioner “Neftçi”də - VİDEO

“Neftçi” yeni legioner transferini rəsmən açıqlayıb.

Bununla klubun mətbuat xidməti ilk dəfə Sportinfo.az-ın yaydığı məlumatı az öncə təsdiqləyib (https://www.sportinfo.az/idman_xeberleri/neftci/115926.html).

San-Tome və Prinsipi Demokratik Respublikasından olan Harramiz Quita Ferreyra Soares ilə 2 il müddətinə müqavilə bağlanıb.

30 yaşlı futbolçu komandanın heyətində 11 nömrəli formanı geyinəcək. Harramiz Portuqaliyanın “O Elvas” (2009-2010), “Aljustrelense” (2010-2011), “Uniao Montemor” (2011-2013), “Benfika B” (2013-2014), “Farense” (2014-2016), “Kovilya” (2016-2017), “Akademika” (2017-2018), “Tondela” (2018), “Mafra” (2018-2019), “Leyşoynş” (2019-2020) və “Eştoril” (2021) klublarında çıxış edib.

Son mövsüm 23 oyunda 4 qol vurduğu “Eştoril”lə Portuqaliya çempionatının 2-ci liqasının çempionu olub. Harramiz 2015-ci ildən San-Tome və Prinsipi milli komandasında 15 oyun keçirib, 2 qola imza atıb.

“Neftçi” bundan əvvəl paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kollini transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti
27 İyul 23:40 "Sabah"dan son VİDEO
27 İyul 16:40 "Qarabağ"ın yol planı
27 İyul 15:40 Ronaldo razılaşmadı
27 İyul 09:20 Yenə də… FOTOREPORTAJ