
Ölkəmizi Çemionlar Liqasında təmsil edəcək “Neftçi” ilk transfer əməliyyatını həyata keçirib.
Klubdan Sportinfo.az-a verilən məlumata görə, Harramiz Soareslə müqavilə imzalanıb.
30 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb. O, son olaraq “Eştoril”də forma geyinib.
Sao Tome yığmasının forvardı 2020-ci ilədn şərəfini qoruduğu Portuqaliya klubunda son sezonda 27 oyun keçirib və 5 qol vurub.
“Seyxal”ın yetirməsinin karyerası Portuqaliya klubları ilə bağlıdır. O, müxtəlif illərdə “Elvas”, “Alyustrelense”, “Uniao Montemor”, “Benfika B”,
“Farense Kovilha Akadimika”, “Tondela”, “Mafra” və “Leyxos”un uğurları üçün tər töküb.