Honda "Neftçi"də qalmağı lazım bilmədi - VİDALAŞDILAR

16 İyun 2021 11:10 Neftçi 577
Honda "Neftçi"də qalmağı lazım bilmədi - VİDALAŞDILAR

“Neftçi” ulduz futbolçusu Keysuke Honda ilə rəsmən yollarını ayırıb.

Sportinfo.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçinin baş çatan müqaviləsi yenilənməyib.

"Ağ-qaralar" yaponiyalı oyunçuya göstərdiyi xidmətə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Bu ilin martında "Neftçi"yə keçən Keysuke Honda 7 oyunda 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti