Eldar Mansurovun "Neftçi" təəssübkeşliyi futbol sevgisi deyil

8 May 2021 20:00 Neftçi 628
Eldar Mansurovun "Neftçi" təəssübkeşliyi futbol sevgisi deyil

Eldar Mansurovun "Neftçi" təəssübkeşliyi əslində futbol azarkeşliyi, futbol sevgisi deyil.

O adam "Neftçi"nin timsalında komandanın tək təmsilçi olduğu, "gözəl sovet günləri"nin xiffətini çəkir.

Anlaşılan odur ki, hörmətli bəstəkar hələ də tarixin tozlu, şübhəli və ləkəli səhifələrindən çıxa bilmir.

Səs yazısına qulaq asdım, ilahi, adam necə ötən dövrlər üçün xiffət edərmiş?

Görün, nə deyir: "O vaxt bircə "Neftçi" Baku var idi. İkinci Dinamo Baku, bir də Dinamo Kirovabad (Gəncə yox haaa). İndi oynayan komandalar yox idi, olsa da, öz aralarında oynayırdılar".

Bildiyin əski sovet qafasıdır. Yeniliyə qapalı, mühafizəkar, ötən günlərin həsrətində qalan. Adamlar hər addımın onlara keçmişi xatırlatmasını istəyirlər.

"Neftçi"nin timsalında futboldakı hegemonluğun əldən verilməsi də onları bir az da xəyallarından uzaqlaşdırır, xatirələri bir az da silinir, itir gedir.

Yoxsa siz elə bilirsiniz onun dərdi həqiqətən futboldu? Soruşsan "Neftçi"nin son üç oyunun nəticəsini bilməyəcək. Üç oyunçusunun adını, baş məşqçisinin kimliyini də bilmir bəlkə də.

Dəhşətdi... Qarabağı ermənidən azad etdik, amma bu sovet təfəkkürlü qocalarla mübarizə aparmaq daha çətindi. Çox çətindi.

Zaur Xudiyev

Digər Xəbərlər
Xəbər Lenti