“Neftçi”nin avrokuboklarda iştirakına “YAŞIL İŞIQ“

18 Aprel 2021 23:00 Neftçi 1 357
“Neftçi”nin avrokuboklarda iştirakına “YAŞIL İŞIQ“

2021/22 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil edəcək daha bir komandanın adına aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın XXIII turunda “Zirə” üzərində 4:0 hesablı qələbə qazanan “Neftçi” minimum vəzifənin öhdəsindən gəlib.

Bununla xallarının sayını 46-ya yüksəldən flaqman ilk “üçlük”dəki yerini, yəni medalları təmin edib.

Sona 5 tur qalmış “Sumqayıt”la “Zirə” “ağ-qaralar”dan 14 xal geridə olsa da, bu komandaların öz aralarında çıxış edəcəyini nəzərə alsaq, hər ikisinin “Neftçi”ni üstələməsi mümkün deyil.

47 xalla Premyer Liqaya başçılıq edən “Qarabağ” da dünən avrokuboklara vəsiqəni rəsmiləşdirib.

Digər Xəbərlər
Xəbər Lenti