"Neftçi"nin kapitanı: "Tapşırıqları yerinə yetirə bilmədik"

7 Aprel 2021 20:00 Neftçi 641
"Neftçi"nin kapitanı: "Tapşırıqları yerinə yetirə bilmədik"

"Son oyunda komanda şəklində məğlub olduq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Neftçi"nin kapitanı Emin Mahmudov evdə "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXI tur oyunu barədə danışarkən deyib.

29 yaşlı futbolçu baş məşqçi Samir Abasovun tapşırıqlarını yerinə yetirə bilmədiklərini söyləyib: "Baş məşqçi "Sumqayıt"ın üstün tərəflərini bizə demişdi. Sadəcə, tapşırıqları yerinə yetirə bilmədik".

Təcrübəli yarımmüdafiəçi artıq növbəti turda "Qəbələ" ilə keçirəcəkləri səfər matçına kökləndiklərini vurğulayıb: "İndi bizim üçün önəmli olan qarşıdakı oyunda qələbə qazanmaqdır. Başqa heç nə haqqında düşünmürük".

Aprelin 10-da keçiriləcək "Qəbələ" - "Neftçi" matçı saat 16:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı