"Neftçi"nin "TRANSFER BOMBASI" kimlərə lazım olmayıb?

6 Mart 2021 11:40 Neftçi 2 265
"Neftçi"nin "TRANSFER BOMBASI" kimlərə lazım olmayıb?

Deyəsən, Keysuke Honda həqiqətən də "Neftçi"nin formasını geyinəcək.

Sportinfo.az-ın məlumatına görə, yaponiyalı sabiq ulduz Bakı klubu ilə anlaşmağa çox yaxındır.

98 dəfə Yaponiya millisininin formasını geyinən və 37 qol vuran yarımmüdafiəçinin yaxın günlərdə Azərbaycana gəlməsi gözlənilir.

O, "Milan"la yanaşı, Niderlandın "Venlo" və "Vitess", Rusiyanın MOİK (Moskva), Meksikanın "Paçuka", Avstraliyanın "Melburn Viktori", Braziliyanın "Botafoqo" komandalarında da çıxış edib.

Son klubu Portuqaliya "Portimonense"si olub. 2018-ci ildən Kamboca yığmasını da çalışdıran Honda hələlik butsılarını birdəfəlik mıxdan asmağa tələsmir.

Hər halda 35 yaşı var və yeni macəra axtarışındadır. Odur ki, "Neftçi"dən böyük məbləğ tələb etməyib.

Maraqlıdır ki, qardaşını özünə menecer təyin edən Honda tək Bakı klubu ilə təmasa keçməyib. Qardaşı həmçinin Belarus, Qazaxıstan və Türkiyə komandalarına belə bir təklif göndərib.

Sadəcə, heç biri keçmiş günlərini çıraqla axtaran, amma futbol oynamaqdan doymayan sabiq "Milan"lı ulduzun xidmətinə maraq göstərməyib. Hətta ayda 15 min dollar maaş ödəməyi də ona çox görüblər.

Digər Xəbərlər
Xəbər Lenti