“Netçi“də “Qarabağ“ müzakirəsi: "Biz indi onlardan daha yaxşı komndayıq"

20 Yanvar 20:20 Neftçi 725
“Netçi“də “Qarabağ“ müzakirəsi: "Biz indi onlardan daha yaxşı komndayıq"

Sabah Azərbaycan Premyer Liqasında XIV tura start veriləcək.

İki gün davam edəcək turun oyunları ilə qış fasiləsi başa çatacaq.

Cəmi 27 gün sürən fasilədən sonra II dövrənin son turunun matçları baş tutacaq. Ötən il keçirilməli olan, lakin təxirə salınan bu qarşılaşmalar 2021-ci ilin ilk matçları olacaq.

Turun bütün oyunları Bakıda keçiriləcək. Çempionatın lideri “Neftçi” “Səbail”in qonağı olacaq.

Ölkənin ən titullu klubunun baş məşqçisi kimi məğlubiyyət görməyən Samir Abasov komandasını növbəti qələbəyə daşımaq arzusundadır.

Mövqeyini qorumaq üçün “ağ-qaralar” qalib gəlməlidir. O, futbolçularla keçirdiyi iclasda kifayət qədər səs-küy yaradacaq iddialı ifadələr işlədib:

“Hazırlığımız və oyunumuz hər keçən gün daha da yaxşılaşır. Çempinatın qlan hissəsi kifayət qədər gərgin keçəcək. Yəqin ki, bunu hamınız gözəl başa düşürsüz.

Biz indi “Qarabağ“dan daha yaxşı komndayıq. Buna əmin olun. Fikriniz yalnız oyunda və nəticədə olsun.

“Qarabağ“ istər-istəməz xal və ya xallar itirəcək. Onlarla özümüzün də iki oyunu var.

Mən hücum futbolunun tərəfdarıyam, uğuru da yalnız bunda görürəm. Uzun illər sonra çempionluq titulunu qazana bilərik. Nəticəyə köməklənsək, bunu bacaracağımıza şübhə etmirəm“.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti