“Sabah”ın baş məşqçisi Valdas Dambrauskasın adı son vaxtlar Türkiyənin “Fənərbağça” klubu ilə hallanırdı. İstanbul klubu həqiqətən onun xidmətində maraqlı idi.
Litvalı mütəxəssisə yaxın gələcəkdə başqa klublardan da təkliflərin gəlməsi istisna deyil.
Çünki onun həm əvvəlki iş yerlərində, həm də “Sabah”dakı nəticələri diqqət çəkir.
Amma Valdas Dambrauskasın indiki halda buradan getməsi real deyil.
Klubdan əldə etdiyimiz özəl məlumata görə, Valdas Dambrauskasın ən azı mövsümün sonuna qədər “Sabah”da qalacağı dəqiqdir.
Litvalı çalışdırıcı komandadan ayrılaraq mövsümün gedişində "Sabah"ı yarı yolda qoymaq niyyətində deyil.
Hansı təkliflərin gəlməsindən asılı olmayaraq, Dambrauskas mövsümün sonuna qədər paytaxt təmsilçisində fəaliyyətini davam etdirəcək.
Təcrübəli mütəxəssis yeni təklifləri ən yaxşı halda mövsüm başa çatdıqdan sonra nəzərdən keçirəcək.
XANOĞLAN/ SPORTİNFO.AZ
