Dortmund “Borussiya”sının Sosial Media Menecer (SSM) qrupu Bakı səfərindən maraqlı paylaşımlar hazırlayıb.
Onlardan biri də “Sabah”ın “qol maşını”, “bakılı balası” ləqəbli Coy-Lens Mikelslə matçın keçirildiyi Bakı Olimpiya Stadionundan ayaqüstü müsahibə olub.
32 yaşlı almaniyalı hücumçu matçdan əvvəl verdiyi müsahibədə qısa, amma maraqlı cavablar verməklə diqqət çəkib.
– Lens, alman futbolçu niyə “Sabah”da oynayır?
– Çünki Almaniyada alınmadı.
– “Sabah”ı güclü edən nədir?
– Hücum xəttimiz.
– Azərbaycan futbolunda ən vacib söz hansıdır?
– “Tələsmə” sözü (azərbaycanda deyir – H.). Sakit ol, sakit.
– Heç “Borussiya Dortmund”a qarşı oynamısan?
– Bəli, ikinci komandaya qarşı oynamışam, amma əsas komandaya qarşı yox.
– Sən vaxtilə digər Münxenqladbax “Borussiya”sında da oynamısan. Hansı “Borussiya” daha güclüdür?
– Bir dəfə “Borussiya”da oynamısansa, həmişə “Borussiya”lısan. Fərq etmir.
– Daha hansı klublarda çıxış etmisən?
– “Borussiya Münhenqladbax”dan başqa “Şalke”, “Alemanniya Aaxen”, “Nordhauzen”, “Kayzerslautern”, “MVV Maastrixt”, “Sabah”, Səudiyyə Ərəbistanında “Əl-Feysali” və ikinci dəfə “Sabah”.
– Bütün zamanların ən yaxşı “Borussiya” futbolçusu kimdir?
– Marko Roys.
– Bu mövsüm Çempionlar Liqasının ilk oyununu “Old Trafford”da keçirdin. Hislərin necə idi?
– Sözlə ifadə etmək mümkün deyil. “Mançester Yunayted” çox böyük klubdur. Burada çoxlu böyük futbolçular, əfsanələr çıxış edib. Bu dəfə isə mən bu meydana ayaq basaraq Çempionlar Liqasının himnini eşitdim. Bu, həqiqətən də möhtəşəm hiss idi.
– Sabah “Borussiya Dortmund” – “Sabah” oyunu üçün proqnozun nədir?
– Hər iki komanda üçün müsbət nəticə.
HƏBİB / SPORTİNFO.AZ
