Çempionlar Liqasındakı təmsilçimiz “Sabah” bu gün növbəti oyununa çıxacaq.
Liqa mərhələsinin 4-cü turunda “bayquşlar”ın rəqibi son Norveç çempionu “Vikinq”dir.
Meydan sahibləri qarşılaşmaya ciddi itkilərlə çıxacaq.
Belə ki, komandanın aparıcı futbolçularından Anders Bertelsen, Veton Berişa, Sondre Byorshol, Nik D’Aqostino və Martin Ove Röset zədə səbəbindən meydana çıxa bilməyəcək.
“Vikinq”in ən məhsuldar futbolçularından olan Peter Kristiansenin də oyunda iştirakı sual altındadır. Ağrılardan əziyyət çəkən hücumçunun qarşılaşmada iştirak edib-etməyəcəyi hələ dəqiqləşməyib.
Yaranmış vəziyyətin Norveç klubunun məşqçilər heyətini narahat etməyə bilməz. Bu qədər əsas oyunçunun yoxluğu “Vikinq” üçün ciddi problem hesab olunmalıdır. Əvəzində, “Sabah”dakıların üzünü güldürməlidir.
Noyabrın 4-dən 5-nə keçən gecə “Vikinq” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ
