UEFA "Sabah"ı öyrəndi - Avrokubokdakı 5 oyunun hamısında...

01:10 Sabah 85
UEFA "Sabah"ı öyrəndi - Avrokubokdakı 5 oyunun hamısında...

UEFA-nın rəsmi saytı Çempionlar Liqasının əsas mərhələsinə dair əsas statistika və faktları dərc edib.

Sportinfo.az xəbər verir ki, Avropanın ali qurumunun saytı “Sabah”la “Borussiya” haqda yazıb.

UEFA Azərbaycan çempionunun bu mövsüm təsnifat mərhələsinin oyunları da daxil olmaqla, avrokuboklarda 5 matçın hamısında qalib gəldiyini xüsusi qeyd edib.

"Bayquşlar"ın 24 Avropa oyununun heç biri qolsuz heç-heçə ilə başa çatmayıb. Maraqlıdır ki, Dortmund klubunun da Çempionlar Liqasında son 57 səfər oyununda 0:0 qeydə alınmayıb.

Eyni zamanda, "Borussiya"nın Azərbaycan klublarına qarşı müsbət rekordu var.

Almanlar Azərbaycan komandalarına qarşı dörd oyunun hamısında qalib gəliblər - "Qarabağ"ı (4:0, 1:0) və "Qəbələ"ni (3:1, 4:0). Lakin Dortmund Çempionlar Liqasında son dörd səfər oyununda məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
4 Noyabr 18:10 Çək və bizə göndər!
4 Noyabr 03:50 Cavanlar sakit oturmur...