“Neftçi” ilə oyun ərəfəsində komandada vəziyyət yaxşıdır. “İmişli” ilə oyundakı qələbədən sonra kollektivdə əhval-ruhiyyə yerindədir".
Sportinfo.az xəbər verir ki, bu sözləri qol.az-a "Kəpəz"in baş məşqçisi Azər Məmmədov deyib.
Onun komandası Misli Premyer Liqasının 11-ci turunda səfərdə hazırda lider olan "Neftçi" ilə qarşılaşacaq.
A.Məmmədov komandaların əzəli rəqib olduğunu xatırladaraq azarkeşləri maraqlı oyunun gözlədiyini bildirib: “Neftçi” də “Kəpəz” kimi Azərbaycanın köklü, zəngin tarixə malik klublarındandır.
Bildiyiniz kimi, uzun illər çempionatın əsas derbisi bu iki komanda arasında olub. Noyabrın 6-da azarkeşlərin daha bir maraqlı qarşıdurma izləyəcəyinə inanıram.
Məncə, çox maraqlı qarşılaşma olacaq. Rəqib Premyer Liqanın lideridir.
Ümumiyyətlə, “Neftçi” kimi tarixi olan kluba qarşı komandanı motivasiya etmək daha asandır".
Noyabrın 6-da "Palms Sports Arena" keçiriləcək "Neftçi" - "Kəpəz" matçı saat 20:00-da başlayacaq.
Hazırda "Neftçi" 10 oyundan 21 xalla 1-ci, "Kəpəz" isə 9 görüşdən 17 xalla 5-ci yeri tutur.
