“Sabah” bu gün Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyununa çıxacaq.
Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu əsas mərhələnin 4-cü turunda Norveçin “Vikinq” komandası ilə qarşılaşacaq.
Səfərdə baş tutacaq görüşü niderlandlı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Sander van der Eyk olacaq.
“Sabah” əvvəlki turlarda “Mançester Yunayted”ə 0:4, Dortmund “Borussiya”sına 1:2 hesabıyla uduzub, “Slaviya”nı 2:0 hesabıyla üstələyib. Təmsilçimiz hazırda 3 xalla 25-cidir.
“Vikinq” isə əvvəlki turlarda “Aston Villa”ya (1:3), “Ştutqart”a (1:3) uduzub, “Bayern”lə 3:3 hesablı heç-heçə edib. Norveç təmsilçisi hazırda 1 xalla 33-cüdür.
00:00. "Vikinq" – "Sabah" 1:1
Baş hakim: Sander van der Eyk (Niderland).
“Vikinq” stadionu.
"Vikinq": 1. Östbo, 5. Heqqheym, 6. Stensness, 25. Falçener, 28. K.Hauqen, 7. Askildsen, 29. Moi, 26. Kvia-Eqeskoq, 16. Byördal, 22. Botheym, 10. Tripiç (k).
Ehtiyat oyunçular: 30. Belko, 2. H.Hauqen, 3. Vevatne, 8. Bell, 11. Postema, 17. Bassey, 19. Çosiç, 20. Kristiansen, 23. Fuqlestad, 24. Auklend, 27. Daland, 33. Y.Hansen.
Baş məşqçi: Byarte Lunde Arşeym.
"Sabah": 92. Stas Pokatilov (k), 4. Eyden Makkarti, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 80. Akim Zedadka, 13. İvan Lepinitsa, 7. Umarali Rahmonaliyev, 6. Abdulla Xaybullayev, 21. Velko Simiç, 8. Kristian Nvaçukvu, 99. Patrik Mbina.
Ehtiyat oyunçular: 1. Amin Ramazanov, 94. Rəvan Mirzəmmədov, 5. Rəhman Daşdəmirov, 9. Xəyal Əliyev, 10. Aleksey İsayev, 11. Kahim Parris, 17. Tellur Mütəllimov, 20. Coy Lens Mikels, 33. Erivaldo Almeyda, 34. Ksander Severina, 37. Du Keyros, 88. Rodriqo Fernandes.
Baş məşqçi: Valdas Dambrauskas.
