AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 10-cu turunda qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.
Sportinfo.az xəbər verir ki, o, "Turan Tovuz" - "Sabah", "Şamaxı" - "Neftçi", "Kəpəz" - "İmişli" və "Sumqayıt" - "Şəfa" görüşlərindəki epizodları dəyərləndirib.
R.Həsənov "Kəpəz" - "İmşli" matçının (1:0) baş kakimi, FİFA referisi Elçin Məsiyevin 34-cü dəqiqədə "İmişli"nin qol vurduğu epizod zamanı bir epizodda səhvə yol verdiyini bildirib.
R.Həsənovun fikrincə, referinin həmin vaxt "Kəpəz"in lehinə verdiyi cərimə zərbəsi zamanı qayda pozuntusu olmayıb.
"Sumqayıt" - "Şəfa" matçı (1:1) mübahisəli hakim qərarı ilə yadda qalıb. "Sumqayıt"ın mərkəz müdafiəçisi İsa Suliman top qapıçıları Marko Yohansonda olarkən ona əli toxunub.
Matçın baş hakimi Nicat İsmayıllı isə qayda pozuntusu qeydə almayıb. "Şəfa" futbolçuları buna etiraz etsə də, hakimin qərarı dəyişməyib.
R.Həsənov həmin epizod zamanı isə əllə təmasın təsadüfi olduğunu və hakimin doğru qərar verdiyini qeyd edib.
Rəhim Həsənovun epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:
