“Qarabağ” - Bu, nədir belə?

00:50 Qarabağ 110
“Qarabağ” - Bu, nədir belə?

“Qarabağ” Premyer Liqada 10 turdan sonra qonaq kimi uduzmayan yeganə komanda olaraq qalıb.

Sportinfo.az xəbər verir ki, ağdamlılar “Qəbələ” ilə qolsuz bərabərə qalıblar.

“Qarabağ” cari mövsüm 5 səfər görüşünün yalnız ikisində qələbə qazana bilib.

“Sabah”ın uğurlu səfər seriyası isə Tovuzda qırılıb. Son çempion 5-ci səfər qarşılaşmasında ilk məğlubiyyətini alıb (2:3).

“Zirə” hələ də səfərdə aktivinə 3 xal yazdıra bilməyib. Qəsəbə komandası son olaraq “Araz-Naxçıvan”la qollu (2:2) heç-heçə ilə kifayətlənib.

Zirəlilər 4 səfər matçının 2-də xalsız qalıb. “Zirə” ilə yanaşı, “Sumqayıt” və “Araz-Naxçıvan”ın da səfər qələbəsinin olmadığını qeyd etmək lazımdır.

Digər Xəbərlər
Xəbər Lenti
4 Noyabr 18:10 Çək və bizə göndər!
4 Noyabr 03:50 Cavanlar sakit oturmur...