Bu gün "Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçına çıxıb.
Sportinfo.az xəbər verir ki, Rəşad Sadiqovun komandası Xorvatiyada Zaqreb "Dinamo"sunun qonağı olub.
Matç Xorvatiya təmsilçisinin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Benkotiç (24), Trupçeviç (34), Bojkov (38, 45+3), Ban (45+1), Teymurov (54, avtoqol) və Radiç (76) vurublar. Bununla da Ağdam təmsilçisi turnirlə vidalaşıb.
Bakıdakı ilk qarşılaşmada da "Qarabağ" rəqibinə uduzub - 1:2.
