NONSENS: Səfərə 11 futbolçu ilə gedib, 11 top buraxdı

4 Noyabr 23:40 II Divizion 181
NONSENS: Səfərə 11 futbolçu ilə gedib, 11 top buraxdı

II Liqanın 9-cu turunun açılış matçı Ağstafada keçirilib.

Yerli “Ağstafa Gəncləri” autsayder “Şəki”ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb. Belə ki, Ağstafa təmsilçisi rəqib qapısından 11 cavabsız top keçirib.

Nəticənin ağır olmasının əsas səbəblərindən biri qonaqların Ağstafaya cəmi 11 futbolçu ilə yollanması olub.

Bəli, düz eşitdiniz, məhz 11 futbolçu!

Heyət formalaşdırmaqda çətinlik çəkən bölgə təmsilçisi meydana çıxarmaq üçün güclə 11 oyunçu tapıb. Ehtiyat oyunçular skamyasında isə bir nəfər də olsun futbolçu olmayıb.

Bu, futbol adına əsl nonsensdir. Matçın gedişində bəzi futbolçularda yorğunluq və ağrılar hiss olunsa da, onları əvəzləmək mümkün olmayıb.

Çünki baş məşqçinin sərəncamında başqa oyunçular olmayıb.

Mövsüm başlayandan maddi sıxıntılar yaşayan “Şəki”nin hazırkı vəziyyəti ürəkaçan deyil. Klubda söz sahibi olan Elgün Hüseynlinin döymədiyi qapı, ağız açmadığı adam qalmayıb. Di gəl, səsinə səs verən yoxdur.

Klubdakl problemlər bu şəkildə davam edərsə, bölgə təmsilçisinin çempionatı başa vuracağına inanmaq olmur. Hətta qarşıdakı turlarda meydana çıxmaq üçün yetərli sayda futbolçu tapılmaması ehtimalı da istisna deyil.

Yeri gəlmişkən, “Şəki”nin baş məşqçi postuna növbəti dəfə Firuddin Mövsümov təyin olunub. O, daha əvvəl də müxtəlif vaxtlarda iki dəfə bu komandanın sükanı arxasında olub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Noyabr 18:10 Çək və bizə göndər!
4 Noyabr 03:50 Cavanlar sakit oturmur...