COP29

“Avropa Liqasına vəsiqə əla olar, ən pis halda...” – Portuqaliyadan gələn

24 May 20:40 Müsahibə 1 170
“Avropa Liqasına vəsiqə əla olar, ən pis halda...” – Portuqaliyadan gələn

“Zirə”nin qapıçısı Tyaqo Silva Sportinfo.az-a müsahibə verib.

Portuqaliyalı qolkiper komandasının “Kəpəz” üzərində qazandığı önəmli qələbə (1:0) haqda sualları cavablandırıb.

- Rəqibin heyətində ciddi itkiləri nəzərə alsaq, qələbənin bu cür çətin əldə olunacağını təxmin edirdiniz?

- Çempionatda asan oyun yoxdur, bütün rəqiblər bir-birinə qarşı layiqli mübarizə aparır. Asan olmayacağını bilirdik. Buna rəğmən istəyimizə çatıb lazım olan 3 xalı qazandıq. Hələ heç nə etməmişik. Çünki qarşıda “Səbail”lə vacib oyunumuz var. Həmin matçda qələbə qazanmaqla istəyimizə çata bilərik. Ardınca kubokun final qarşılaşması var.

- Sona yaxın “Kəpəz”in təzyiqi xal itkisi təhlükəsi yaradırdı?

- “Kəpəz”in ən böyük üstünlüyü sona qədər döyüşməsidir. Hakimin final fitinə qədər mübarizə aparırlar. Biz buna hazır idik, həftə boyunca hazırlaşmışdıq.

- Paralel keçən oyunlarda “Sabah” “Sumqayıt”ı, “Neftçi” “Səbail”i məğlub etdi. Nəticələr səni təəccübləndirdi?

- Elə mərhələdəyik ki, hər şey baş verə bilər. Açığı, təəccüblənmədim. Diqqətimi “Zirə”yə ayırmışam və ən böyük arzum avrokuboklara vəsiqə qazanmaqdır. İkinci pillədə yer almaqla Avropa Liqasına vəsiqə qazansaq əla olar. Ən pis halda Konfrans Liqasında oynamaq istəyirik.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"