"Rəşad Sadıqova buna görə ömrümün sonuna qədər təşəkkür edəcəm"

16:05 Müsahibə 110
"Rəşad Sadıqova buna görə ömrümün sonuna qədər təşəkkür edəcəm"

Tiaqo Silva “Zirə”də keçirdiyi üç mövsümdə komandanın uğurlarında böyük rol oynamış və klub tarixində yaxşı iz buraxa bilmişdi.

Ancaq ötən mövsümün sonu tərəflər gözlənilmədən yolları ayırdı.

Bir müddət klubsuz qalan futbolçu daha sonra “Şəfa”ya qayıtmaq qərarı verdi.

Bəs bu ayrılığın arxasında hansı səbəblər dayanırdı? O, “Zirə”dən incik ayrılmışdı, yoxsa sadəcə karyerasında yeni səhifə açmaq istəyirdi?

Portuqaliyalı kiper Sportinfo.az-ın sırf bu mövzuda verdiyi suallara maraqlı cavabları ilə diqqət çəkib.

- Bir qədər keçmişə qayıdaq. “Zirə”nin vacib fiqurlarından biri idin. Ayrılığın gözlənilməz oldu. Bir müddət klubsuz qaldın və daha sonra “Şəfa”ya qayıtdın. Həmin dövrdə nələr yaşandı?

- Hər şey çox sürətli baş verdi. “Zirə”də keçirdiyim üç il mənim üçün xüsusi idi. Ancaq müəyyən məqamlarda tərəflərin fikirləri üst-üstə düşmədi. Daha sonra transfer məsələlərində də istədiyim kimi alınmadı. Bəzi təkliflər məni razı salmadı. Belə bir məqamda “Şəfa”dan dəvət aldım. Nəticədə buraya gəlmək qərarına gəldim. Çünki bu komandaya, futbolçulara və məşqçiyə inanıram. Burada yeni bir səhifə açmaq istəyirəm.

- "Zirə”yə çox şey vermişdin. Yolların ayrılmasını özünə qarşı haqsızlıq kimi qəbul etdin?

- Futbolda hər oyunçunun öz zamanı var. Ölkəmdə Ronaldo kimi futbolçu da inciklik səbəbindən milli karyerasını bitirdi. Hər kəs öz işini görür və gedir. Mən “Zirə”də qurduğum irslə fəxr edirəm. Düşünürəm ki, klub tarixində iz qoyan futbolçulardan biri oldum. Oradan yaxşı xatirələrlə ayrılmışam. Ancaq indi yeni komandadayam və müqaviləm mövsümün sonuna qədərdir. Bundan sonra nə olacağını zaman göstərəcək.

- Ronaldonun millidən incik ayrılmasını misal çəkdin. Konkretləşdirsək, bu o anlama gəlir ki, sən də “Zirə”dən incik ayrılmısan?

- Ronaldo ölkəmin ən vacib oyunçusudur. Ona görə onu nümunə göstərdim. Düşünürəm ki, daha layiqli şəkildə ayrılmalı idi. Mənimlə bağlı belə problem yoxdur.

- Sabiq baş məşqçin Rəşad Sadıqov barədə fikirlərin necədir?

- Rəşad Sadıqov mənim üçün çox vacib insandır. Mənə bu ölkədə oynamaq imkanı yaratdığına, inandığına və komandaya gətirdiyinə görə ona ömrüm boyu minnətdar olacağam. Hər zaman mənim üçün ata kimi olub. Mənə göstərdiyi etimada görə ona ömrümün sonuna qədər təşəkkür edəcəyəm.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə