Renat “Vulverhempton”da oynadı, 1 xalla kifayətləndi

25 Yanvar 2020 12:47 Milli komanda 1 022
Renat “Vulverhempton”da oynadı, 1 xalla kifayətləndi

İngiltərə Premyer Liqa Kubokunda növbəti oyunlar keçirilib.

Sportinfoaz xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Vulverhempton”un U-23 komandası da növbəti matçına çıxıb.

"Canavarlar" doğma meydanda “Lids”dən olan həmyaşıdları ilə üz-üzə gəliblər. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib – 2:2.

Dadaşov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 72-ci dəqiqədə əvəzlənib. “Vulverhempton”un gəncləri bu oyundan sonra yer aldıqları H qrupunda 7 xalla liderdilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 14:20 Bir də yayda qayıdacaq