Azərbaycan komandası sonuncu oyununu 1:1 bitirdi

11 İyun 2024 02:00 Milli komanda 1 972
Azərbaycan komandası sonuncu oyununu 1:1 bitirdi

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Moldovada təşkil edilən yoldaşlıq turnirində sonuncu oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, yığma meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Tiraspol şəhərindəki “Şerif” stadionunda baş tutan matç 1:1 hesabı ilə yekunlaşıb. Yığmamızın qolunu 87-ci dəqiqədə Nihad Əhmədzadə vurub.

Komandamız 4 xalla 2-ci yeri tutub. Turnirin qalibi 9 xal toplayan Türkiyə yığması olub.

U-19 turnirdəki ilk iki matçında Qazaxıstan yığmasına 2:0 hesabı ilə qalib gəlib, Türkiyə millisinə məğlub olub - 0:5.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 18:10 Çək və bizə göndər!
23 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM