Dünya çempionatında 5 medal - Azərbaycan karateçilərindən

04:40 Karate 81
Dünya çempionatında 5 medal - Azərbaycan karateçilərindən

Polşanın Bielsko-Biala şəhərində 14-18 oktyabr 2026-cı il tarixlərində keçirilən WKF üzrə kadetlər, gənclər və U21 arasında 14-cü dünya çempionatı başa çatıb.

Sportinfo.az xəbər verir ki, 114 ölkədən 2000-dən çox idmançının iştirak etdiyi yarışda Azərbaycan milli komandası 1 qızıl, 1 gümüş və 3 bürünc olmaqla ümumilikdə 5 medal qazanıb.

Dünya çempionatının medalçıları:

Şamo Kamilov (U16, +70 kq) qızıl medal
Vüsal Qənbərov (U18, -55 kq) gümüş medal
Rəsul Qənbərli (U16, -52 kq) bürünc medal
Nurlan Əlimuradov (U16, -70 kq
Rəşid Süleymanov (U21, -75 kq) bürünc medal

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM