Devid Bekhem FIFA prezidenti postuna namizəd olacaq?

10:20 Dünya futbolu 109
Devid Bekhem FIFA prezidenti postuna namizəd olacaq?

İngiltərənin keçmiş futbol ulduzu Devid Bekhemin FIFA prezidentliyinə namizəd olaraq qurumun hazırkı rəhbəri Canni İnfantinoya rəqib ola biləcəyi iddia edilir.

Sportinfo.az xəbər verir ki, UEFA və onun müttəfiqləri FIFA rəhbərliyində dəyişiklik etmək istəyirlər.

Bekhemin qlobal şöhrəti, beynəlxalq əlaqələri və “İnter Mayami” klubundakı idarəçilik təcrübəsi onu mümkün namizədlərdən biri kimi önə çıxarır.

Keçmiş futbolçu daha əvvəl FIFA-dakı korrupsiya qalmaqallarını tənqid edərək, onları “iyrənc” adlandırıb.

Bekhemin namizədliyini irəli sürüb-sürməyəcəyi hələlik məlum deyil. Namizədlərin irəli sürülməsi üçün son tarix noyabrın 18-dir. İnfantinonun gələn il dördüncü müddətə seçilməyə çalışacağı gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!