"Bukovina"nın futbolçusu, Ukraynanın U-17 və U-19 yığmasında oynamış Rolan Mustafayev Azərbaycanda oynayacaq.
Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, yarımmüdafiəçi "Sabah"la anlaşıb.
18 yaşlı gənc Azərbaycan çempionu ilə üç illik müqavilə imzalayıb.
Mustafayev əvəzedici heyətdə oynayacaq.
AFFA-nın yığma komandalarımıza cəlb etmək istədiyi Rolan "Sumqayıt"ın hazırkı futbolçusu Emil Mustafayevin kiçik qardaşıdır.
