“Azərbaycan Premyer Liqasında və Çempionlar Liqasında oynamaq arasında fərq var”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Sabah”ın müdafiəçisi Akim Zedadka futbolinfo.az saytına açıqlamasında deyib.
əlcəzairli legioner Azərbaycan Premyer Liqası ilə Çempionlar Liqasında eyni vaxtda mübarizə aparmağın çətinliklərinə toxunub:
“Hər iki turnirdə mübarizə aparmaq üçün kifayət qədər futbolçumuz mövcuddur. Bizi uzun mövsüm gözləyir və 50-dən çox oyun keçirəcəyik.
Buna görə də hər qarşılaşmaya hazır olmalıyıq”.
