İlqarəyə "sevimli" Erikodan zərbə:"Həyatımda tək sən varsan..."

15 İyul 2020 13:12 Maraqlı 1 484
İlqarəyə "sevimli" Erikodan zərbə:"Həyatımda tək sən varsan..."

Yadınızda olar, xalq artisti Aygün Kazımovanın qızı İlqarə "Səbail”in futbolçusu Eriko Konstantino da Silva ilə əyləndiyinin videosu sosial şəbəkələrdə bir müddət böyük səs-küyə səbəb olmuşdu..

Eriko kimi tanınan legioner Braziliyadandır. 30 yaşlı futbolçu "Səbail”in mərkəz müdafiəçisidir.

İlqarə əlində qırmızı şərabla dolu badə və qəlyan çəkən Erikonun görüntünü öz hesabında "lovely” (sevimli) kimi təqdim etmişdi

O, bugünlərdə sosial şəbəkə hesabında maraqlı paylaşım edib.

Braziliyalı futbolçu Rumıniyadan olan sevgilisi Denisa Evansla fotosunu paylaşıb və "Mənim yeganəm və həyatımda tək sən varsan" sözlərini yazıb.

İlqarə ilə Bakıda əylənən idmançı bu addımla sevgilisinə xəyanət etdiyini deyənlərə mesaj göndərib.

Erikonun bu paylaşımı da sosial şəbəkə izləyicilərinin diqqətindən yayınmayıb və bu mesajın həm də bir başa İlqarəyə aid olduğu iddia ediblər.

Əntiqə Rəşid

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi