Qubada futbol oynayan 25 nəfər saxlanıldı - FOTO

15 İyul 2020 11:48 Maraqlı 490
Qubada futbol oynayan 25 nəfər saxlanıldı - FOTO

Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması və koronavirus pandemiyasının kütləvi yayılmasının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.

Sportinfo.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupuna istinadən xəbər verir ki, rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Birinci Nügədi kəndi ərazisində qaydaları pozaraq futbol oynayan 25 nəfər şəxs saxlanılıb.

Onlar barəsində də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.

Digər Xəbərlər
Xəbər Lenti