Elnur, Hacı və Zeynəb yeni layihədə rol aldı - VİDEO

22 Mart 2020 14:00 Maraqlı 590
Elnur, Hacı və Zeynəb yeni layihədə rol aldı - VİDEO

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan İdman Jurnalistləri Federasiyası koronavirusa qarşı mübarizə mövzusunda videoçarx hazırlayıblar.

Sportinfo.az xəbər verir ki, videoçarxda gənclər və idmançılar əhalini hökumətin tövsiyələrinə riayət etməyə, ehtiyac olmadıqca evdə qalmağa səsləyiblər və koronavirusa qarşı mübarizə yollarını izah ediblər.

Videoçarxda Dünya Skaut Komitəsinin üzvü İlyas İsmayıllı, Azərbaycanın Avroviziya təmsilçisi Efendi, Prezident mükafatçısı Sabir Rüstəmov, Olimpiya çempionu Elnur Məmmədli, üçqat dünya çempionu Hacı Əliyev, gimnastika üzrə Avropa çempionatının mükafatçısı Zeynəb Hümmətova çəkiliblər.

Çəkilişlər Milli Gimnastika Arenası, Bakı Olimpiya Stadionu, Heydər Əliyev Sarayı, Bakı Konqres Mərkəsi, Su İdmanı Sarayı və "Baku Crystal Hall" önündə aparılıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 20:00 Çək və bizə göndər!