"Sumqayıt"la oyun öncəsi qələbə qazandılar

17 İyul 2021 14:40 Maraqlı 431
"Sumqayıt"la oyun öncəsi qələbə qazandılar

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Sumqayıt"ın rəqibi olan "Çukariçki" Serbiya çempionatında mövsümün ilk oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda "Vozdovaç"la qarşılaşıb. Görüş "Çukariçki"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin hər iki qolunu Corce Jovanoviç vurubş O, 43 və 70-ci dəqiqələrdə fərqlənib.

“Sumqayıt” “Çukariçki” ilə ilk matçını iyulun 21-də Serbiyada keçirəcək. Cavab görüşü isə iyulun 29-da Sumqayıtda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti