“Keşlə”də heç kimdə infeksiya aşkarlanmadı

16 May 2020 23:40 Şamaxı 1 689
“Keşlə”də heç kimdə infeksiya aşkarlanmadı

“Keşlə”nin futbolçu, məşqçi və inzibati heyəti koronavirus (COVİD-19) testindən keçiblər.

Sportinfo.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə qeyd olunub ki, klubun təlim-məşq bazasında baş tutan yoxlamanın nəticələrinə əsasən kollektivin heç bir üzvündə infeksiya aşkarlanmayıb.

Ölkə ərazisində COVİD-19 virusu yayılmağa başlayandan “ASK Arena”da mütəmadi olaraq dezinfeksiya işləri aparılır. Daha öncə “Qarabağ”, “Neftçi”, “Zirə”, “Sabah” və “Səbail” də koronavirus testindən keçib və heç kimdə yoluxma qeydə alınmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?
10 Sentyabr 17:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 07:50 Aslanla gücləndilər - 1 il