Yeni baş məşqçi bu şəxsləri klubdan kənarlaşdırdı

24 İyun 2022 17:40 Şamaxı 2 397
Yeni baş məşqçi bu şəxsləri klubdan kənarlaşdırdı

“Şamaxı”nın məşqçi korpusu tamamilə istefaya göndərilib.

Yeni çalışdırıcı Cavid Hüseynov Rüstəm Əliyevlə yanaşı, Zaur İsmayılov, Cəmaləddin Əliyev, Ruslan Əmircanov və Natiq Əsgərovu buradan uzaqlaşdırıb.

Cavid Hüseynovun namizədliyi konkret olaraq AFFA-nın sabiq icraçı vitse-prezidenti Elxan Məmmədov tərəfindən irəli sürülüb.

O, mayın əvvəlindən FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru vəzifəsini tutsa da, günü bu günə kimi AFFA-nı nəzarətində saxlayır və ölkənin futbol həyatına təsir gücü qalmaqdadır.

Öz yerinə baş katib təyin etdiyi Sərxan Hacıyev və federasiyanın digər departamentlərinin sədrləri E.Məmmədovun tapşırıqlarını yerinə yetirməkdə davam edir.

S.Hacıyev son həftələrdə dəfələrlə C.Hüseynovla əlaqə saxlayıb, «Cəbrayıl»ın UEFA Region Kubokuna hazırlığı ilə maraqlanıb.

Təyinat UEFA Region Kubokunda 2022/2023 mövsümünün ilkin mərhələ oyunlarından sonra gerçəkləşəcək. Bu vəzifədə Rüstəm Əliyevi əvəzləyəcək Cavid Hüseynovla 2 illik müqavilə imzalanacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti