AFFA taksi sürəni Premyer Liqa klubunun rəhbərliyinə gətirdi

23 İyun 2022 10:40 Şamaxı 2 788
AFFA taksi sürəni Premyer Liqa klubunun rəhbərliyinə gətirdi

İdarəçiliyi əl dəyişən «Şamaxı»də ilk təyinat gerçəkləşib.

Kamran İsmayılov klubun baş meneceri postuna gətirilib.

O, AFFA-nın təqdimatı ilə yeni iş yerində Eldəniz Yusifovu əvəzləyib.

İsmayılov uzun illər əvvəl federasiyanın özündə çalışıb. Daha sonra millilərdə və müxtəlif klublarda müəyyən vəzifələr tutub.

«İnter», «Simurq», «Bakı» kimi Premyer Liqa təmsilçilərində fəaliyyət göstərib.

7-8 il idi ki, bu sahədən uzaq düşmüşdü. Onun bir ara «Uber»də taksi işlədiyi də məlumdur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 18:10 Çək və bizə göndər!
20 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 03:30 Canın komandası uduzdu